"Suriya böhranı uzun zaman həll edilməyəcək"-Yalçın Akdoğan

  • 12 dek 2015, 22:44
Suriya böhranı qısa zamanda həll edilməyəcək.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan Hatay vilayətində türkmanlarla görüşü zamanı deyib.
 
"Suriyadakı böhran uzun zaman ərzində həll edilə bilər. Qlobal güclərin maraqları Suriyada toqquşur. Bunun əziyyətini də Suriya xalqı çəkir. Türkiyədə İraqdan və Suriyadan gələn 56 mindən çox qaçqın məskunlaşıb. Bunlardan 20 mini türkmandır. Türkiyəyə pənah gətirən qaçqınların milliyətini heç bir zaman soruşmadıq. Hansı millətdən olmasına baxmayaraq, biz onlara sığınacaq verdik. Suriyalı qardaşlarımıza yardım etməyə davam edəcəyik”, - deyə Akdoğan əlavə edib. 
Oxşar xəbərlər