İstanbul-Bakı aviareysi təxirə salındı

  • 09 yan 2016, 10:20
"Türk Hava Yolları" şirkəti İstanbulun hava limanlarından bu günə nəzərdə tutulan 31 daxili və xarici reysin eniş və qalxmasını təxirə salıb. 

Avropa.info xəbər verir ki, reyslər İstanbulda bu gün gözlənilən fırtınaya görə təxirə salınıb. Təxirə salınan reyslər arasına İstanbul-Bakı reysi də daxil edilib.

Səyahətdən öncə müştərilər şirkətin saytından əlavə məlumat əldə edə bilər.
Oxşar xəbərlər