“28 May” yaxınlığında toplantı keçirməyə cəhdin qarşısı alındı

  • 11 dek 2021, 19:52
Bu gün – dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb.

Qeyd olunub ki, hadisə ilə əlaqədar saxlanılan olmayıb.
Oxşar xəbərlər