Günün videosu
Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur” - Prezident

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Xocalı sakinlərinin ermənilərlə birgə yaşamaq istəyib-istəməməsi ilə bağlı suala cavab verərkən deyib.
"Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyasının tərkibində olan bölgələrə qayıtmalıdır. O cümlədən Xocalıya da biz qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq.”.
