Ayaqqabısı "cırıq" Hafiz Hacıyevin NƏLƏRİ VARMIŞ... - Əmlaklarının SİYAHISI

  • 13 mart 2020, 15:32
""Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev topdağıtmaz sərvətə malikdir. Tez-tez efirlərdə gah ayaqqabısının cırıq-yamağını sərgiləyən, gah öz geyiminin "kitayski" olduğunu ictimailəşdirən və kasıb bir kirayənişin olduğunu deyən siyasətçi təkcə paytaxt Bakıda dəyəri milyonlarla ölçülən mülklərə və evlərə sahibdir".






Bu barədə məlumatı "Demokratik.Az"-ın baş redaktoru Osman Nərimanoğlu yayıb.
Jurnalist mövzu ətrafında özəl araşdırması sayəsində əldə etdiyi bilgilər və yaymış olduğu SİYAHI xeyli maraq doğurur.
"Demokratik.Az" siyasi liderin təkcə Bakı şəhərində sahib olduğu əmlakların və evlərin siyahısını oxucuya təqdim edir:
- Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 189-da yerləşən qeyri-yaşayış obyektinin (MM partiyasının inzibati binası) ümumi sahəsi 164 kv metrdir. Qeydiyyat tarixi 22.07.2010-cu ilə təsadüf edir. (DQN - 1110050278) Təxmini bazar qiyməti 400 min manata yaxındır.
- Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 29a-da 185 kv metrlik qeyri-yaşayış sahəsi mövcuddur. 14.05.2011-ci il tarixdə (QN-111043094) dövlət qeydiyyatına alınıb. Əmlakın təxmini dəyəri yarım milyon manatdır.
- Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində 2030 saylı bağ sahəsi var. 21.07.2014-cü il tarixdə (DQ-1114069919) dövlət qeydiyyatına alınıb. Bağın ümumi sahəsi 850 kv metrdir. Qəsri xatırladan bağ evinin təxminən 800 min manat qiyməti var.
- Bakı şəhəri Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi 24K. 500 kv metrlik torpaq sahəsi üzərində 20 kv metrlik tikili mövcuddur. Qeydiyyat tarixi (DQ-1118087261) 17.10.2018-ci il. Həmin ərazidə torpağın sotu 50-100 min manat arasında dəyişir.
- Bakı şəhəri Nərimanov rayonu, A.Alı küçəsi 3 ünvanında 114 kv metrlik yaşayış sahəsinin bazar qiyməti təxminən 250 min manatdır. 19.02.2015-ci il tarixli dövlət qeydiyyatı (DQ-1115013704) mövcuddur. 
- Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Baratzadə küçəsi 3-cü döngədə 350 kv metrlik torpaq sahəsində qeyri-yaşayış obyektinin dəyərinin 80 min manat olduğu deyilir. Obyekt tikili 02.03.2017-ci il tarixdə dövlət qeydiyyatına (DQ-1117014444) alınıb.
Bundan başqa, jurnalist əlavə edib ki, sərvəti Bakı ilə məhdudlaşmayan Hafiz Hacıyevin Göygöl rayonunda, şəhərin mərkəzi hissəsində ("Röyal" şadlıq sarayı ilə üzbəüz, 12 sot) dəyəri milyonla ölçülən ikimərtəbəli villa-iqamətgahı var. Partiya rəhbəri həftəsonu həmin evinə gəlir, rayonun Mollacəlilli kəndi yolunda sahib olduğu 50 ha torpaq sahəsindəki iri fermer təsərrüfatını və müxtəlif təyinatlı bir sıra sexlərin işlərinə şəxsi nəzarət həyata keçirir.
"Özünün də fəxrlə dediyi kimi, qalmaqallı siyasətçi Göygöl rayonu ərazisində şəxsi gəlir əldə etmək üçün milyonlarla sərmayə yatırıb.
Məlumatlara görə, Hafiz Hacıyevin Göygöl rayonu da daxil, bir neçə region rayonlarda da hektarlarla əkinəyararlı torpaqsahələri var.
Azərbaycan siyasətinin "Jirinovkisi" kimi ad qazanan Hafiz Hacıyevin bunca sərvətə hansı yasal yollarla sahib olması haqlı suallar və iddialar doğura bilər. Əsas olan o ki, cəmiyyət arasında "söyüşçül müxalifətçi" kimi qəbul edilən bir şəxs əslində Azərbaycan siyasi kapitalizminin əməlli başlı bir milyonçusudur.
Bu arada, onu da xatırlatmaq yerinə düşər ki, cari parlament seçkilərində Hafiz Hacıyevin 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədliyi qeydə alınıb. Və partiya yetkilisi qısa təbliğat-təşviqat dönəmi boyunca YAP-ın seçkilərdəki qalib namizədi Elşad Mirbəşiri və rayonun vəzifəli şəxslərini açıq şəkildə təhqir və dolayı şantaj edib.
Seçki prosesində bir partiya sədrinin qeyri-siyasi əxlaqla özünə diqqət çəkməsi və bu yolda sanki digər opponenti olan Ukrayna milyonçusu Möhsün Qədiroğlu və digərlərinin diqtəsilə hərəkət etməsi əslində Hafiz Hacıyev "siyasəti"nin hansı variantlarla karlı pullar qazana biləcəyi şansını məntiqi iddia olaraq çılpaqlığıyla ortaya qoyur.
Hələlik, məndən bu qədər! Dedim bilin ki, Hafiz əfəndi əslində kasıb siyasətçi deyil, çox varlıdır". 
Osman Nərimanoğlu 
Demokratik.Az milyonçu olduğu deyilən "Müasir Müsavat" şefi Hafiz Hacıyevin yazılanlara münasibətini dinləməyə və dərc etməyə hazır olduğunu bildirir.
Demokratik.Az
HAFİZ HACIYEVİ SİZ DƏYƏRLƏNDİRİN!
HAFİZ HACIYEVİ BƏYƏNİRSİNİZMİ ?
Oxşar xəbərlər