Xəbər lenti
Bütün xəbərlər

"Niyə öz biabırçı məhkumluğundan danışmırsan Hafiz Hacıyev!?" Partiya sədri ZALDAN QAÇDI - VİDEO

  • 07 fev 2020, 22:17

Bugün Göygöl rayonunun "Gənclər Evi”-ndə "Müasir Müsavat” partiyasının sədri, deputatlığa namizəd Hafiz Hacıyevin seçicilərilə xoşagəlməz görüşü baş tutub. Görüş əsnasında qalmaqallı siyasətçi yerli seçicilər tərəfindən əməlli-başlı rüsvay edilib. Daha doğrusu, o özü-özünü danışıq və davranışları ilə pis vəziyyətə qoyub.

Belə ki, partiya sədri təbliğat-təşviqat prosesinin sonuncu günündə yaradılan şəraitdən sui-istifadə edərək prezident cənab İlham Əliyevə "qardaşım" deyə-deyə prezidentin Göygöldəki səlahiyyətli nümayəndəsi cənab Arif Seyidovu, onun müavinlərini, YAP-ın rayon təşkilatının sədri Turani Əliyevi və iqtidar partiyanın rəsmi namizədi Elşad Mirbəşiroğlunu hamının qarşısında vulqar ifadələrlə açıq təhqir edib.

Hafiz Hacıyev təxminən bir saatlıq iclasına təkbaşına tamadalıq edərək özünün seçki platforması olmadan YAP-çı opponentinin şəxsiyyətini, şərəf-ləyaqətini aşağılamaqla manipulyasiya edib. Və əvvəldən özünün öyrətdiyi ehtimal edilən həmyerlilərinin sözlərinin arxasında gizlənməyə çalışaraq yerli məmurların ünvanına durmadan ağır ittihamlar yağdırmaqdan xüsusi həzz alıb. Söyüş və təhqir jarqonu ilə kostyumuna sığışmayan siyasətçi ağlasığmaz və məntiqsiz çıxışı ilə özünü auditoriya qarşısında xeyli gülünc hala da sala bilib.

Qalmaqallı namizəd toplantının sonunda bir neçə sakinin ittihamları ilə üz-üzə gəlib. Sonda da zaldan qaçmağa məcbur qalıb. 

Adı Ramin olan şəxs tribunada Hafiz Hacıyevdən söz istəsə də namizəd qorxusundan buna imkan verməyib. "Hə, səni tanıdım, yaxşı, oldu, hə, yox, sonra görüşərik"-deyib etirazçını yola verib. Və əl işarətləri ilə hamını zaldan çıxmağa çağırıb. Məlum olub ki, Hafiz Hacıyev uzun illərdir ki, həmin Raminin vasitəsilə öz şirkətində işlətdiyi çoxsaylı fəhlənin əməkhaqqısını verməyərək insanları incidib. Haqqı pozulan fəhlələrin əməyini istismar edərək rayonun Mollacəlilli kəndi ərazisində zəbt etdiyi hektarlarla torpaq sahəsində özünə heyvandarlıq və quşçuluq təsərrüfatları yaradıb.

Şikayətçinin dediklərindən tam aydın olub ki, Hafiz Hacıyevin rayonda xeyli seçiciyə borcu var və partiya sədri illərdir ki, hər vəchlə öz borclarını verməkdən yayınıb.

Ramiz adlı seçicinin Hafiz Hacıyevə dedikləri isə zalda ciddi rezonans doğurub. Həmin şəxs Hafiz Hacıyevin türmə həyatını, mərhum Heydər Əliyevə qarşı ləkəli siyasi karyerasını hamının yadına salıb.

"Hafiz Hacıyev! Hafiz müəllim! Mənim də sualım var. Siz özünüz Heydər Əliyevi və ailəsini təhqir etdiyinizə görə azadlıqdan məhrum olmusunuz. Hətta 1996-97-ci ildə rüşvətxorluq üstündə 11 saylı cəzaçəkmə müəssisəsində məhkum olmusunuz. Siz orda kütlə içində baraka belə buraxılmamısınız, promzonda butkada yatmısınız. Ondan başqa, platformanızdan danışmaq əvəzinə siz bayaqdan insanlar haqqında təhqiramiz ifadələr işlədirsiniz. Niyə özünüzdən danışmırsınız ki, Mollacəlillidə 50 ha torpaq yeri zəpt etmisiniz, özünüzə 40 otaqlı villa tikdirmisiniz, amma kütlə qarşısında ayaqqabınızı çıxarıb görsədisiniz ki, mən kasıb yaşayıram. Siz hansı Milli Məclisinə deputat olmaq istəyirsiniz?!..."-deyə sakin etirazını bildirib.  
Ardından, Ramiz də öncəki çıxışçını müdafiə edərək bildirib ki, Hafiz Hacıyev həqiqətən də müqavilə ilə işlətdiyi 20 fəhlənin ümumilikdə 8500 (8 min 5 yüz) manat pulunu ödəmir.

Hafiz Hacıyev bugünkü iclasındakı bərbad çıxışında yerlipərəstliyi, tayfabazlığı ilə də seçilib.

Deyəsən, artıq Hafiz Hacıyev efirlərdə ayağından çıxarıb camaata göstərdiyi o "cırıq-yamaqlı" ayaqqabısı və dayaz siyasi əxlaqı ilə bundan sonra elə də uzağa gedə bilməyəcək...

Osman Nərimanoğlu

Demokratik.Az

 

Oxşar xəbərlər