Demokratik TV
Xəbər lenti
Zurabişviliyə impiçment tələbi ilə aksiya - Foto
- 04 may 2019, 21:11
Tiflisdə Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçment tələbi ilə aksiya keçirilib.
Report xəbər verir ki, "Rusiya işğalçıdır” Hərəkatının təşkil etdiyi "Prezidentə qırmızı kart” şüarlı aksiya dövlət başçısının iqamətgahı qarşısında baş tutub.
İştirakçılar əllərində qırmızı kart, "Bizə NATO lazımdır!", "Get Salome, get" şüarları tutaraq fit çalıblar və prezidentin impiçment prosesinin başlanmasını tələb ediblər.
Onlar bildiriblər ki, S.Zurabişvilinin Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı səsləndirdiyi fikir Rusiyanın maraqlarına tam cavab verir.
Qeyd edək ki, "Rusiya işğalçıdır” Hərəkatının fəalları analoji şüar və tələblə mayın 2-də Gürcüstan parlamentinin binasında da aksiya keçiriblər.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Tbilisidə "Qazprom" əleyhinə aksiya keçirilib
Rusiyanın Ankaradakı səfirliyi qarşısında aksiya keçirildi
Londonda Tramp əleyhinə irimiqyaslı aksiya
"Gürcü Arzusu" kimi prezident görmək istəyir?
FİFA prezidentindən Trampa qırmızı və sarı kart
Gürcüstanın baş naziri devrilə bilər - aksiyaçılar istefa istəyir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti