FİFA prezidentindən Trampa qırmızı və sarı kart

  • 29 avq 2018, 07:50

FIFA-nın prezidenti Canni İnfantino ABŞ-ın dövlət başçısı Donald Trampa qırmızı və sarı kart hədiyyə edib.

Bu barədə "Report" "Fox News"a istinadən xəbər verir.

"Bu, sizin üçün faydalı ola bilər. Futbolda hakimlərin sarı və qırmızı vərəqəsi olur. Sarı vərəqə - bu, xəbərdarlıqdır", - deyə İnfantino bildirib. O, bundan sonra qırmızı vərəqəni çıxarıb və əlavə edib ki, o, kimisə qovmaq istəyəndə lazım olur.

Tramp isə bununla bağlı bildirib ki, bu, onun xoşuna gəlir. ABŞ prezidenti FİFA rəhbərinin qarşısında jurnalistlərə qırmızı vərəqə göstərib.

Demokratik.Az

Oxşar xəbərlər