Tbilisidə "Qazprom" əleyhinə aksiya keçirilib

  • 27 fev 2016, 21:11

"Vahid Milli Hərəkat" partiyasını (sabiq prezident Mixeil Saakaşvilinin partiyası) dəstəkləyən "Azad zona" təşkilatı Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə apardığı danışıqlara etiraz əlaməti olaraq Tbilisidə aksiya keçirib.
 
Aksiya iştirakçıları "Qazprom"un Gürcüstana nəql etdiyi qazın həcminin artırılmasına etiraz edib.
 
Aksiya iştirakçılarından biri deyib ki, "Qazprom" Rusiya rəhbərliyinin siyasi silahıdır: "Biz 2006-cı ilin qış aylarında "Qazprom"un bütün Gürcüstanı qazsız qoymasını yaxşı xatırlayırıq. Hadisələr təkrarlana bilər".
 
Etirazçılar əllərində "Qazproma yox", "Bidzina get!" yazılmış plakatlarla sabiq baş nazir Bidzina İvanişvilinin iqamətgahı önündən də keçiblər.

APA

Oxşar xəbərlər