İlham Əliyev Vladimir Putinə başsağlığı verib

  • 02 yan 2019, 11:37

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

"Report"un məlumatına görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram".

Oxşar xəbərlər