Prezident Fransua Ollanda başsağlığı verdi

  • 23 okt 2015, 22:15

 

Azərbaycan prezidenti İlham Əliyev Fransa Respublikasının prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb. 

Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Oxşar xəbərlər