Xəbər lenti
Bütün xəbərlər

İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

  • 23 iyul 2016, 18:13
Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauka başsağlığı məktubu göndərib.
 
APA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir: "Münhendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
 
Qeyd edək ki, dünən Münhendə ticarət mərkəzinə edilən silahlı hücumda 10 nəfər ölüb, xeyli insan yaralanıb.
 
Demokratik.Az
Oxşar xəbərlər