Kərim Vəliyevə General-polkovnik ali rütbəsi verildi - Prezidentdən sərəncam

  • 23 noy 2021, 23:47
General-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.
Bundan əlavə general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib. Bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb. 
Qeyd edək ki, Ə.Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanıdır
Oxşar xəbərlər