Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Qarabağ » Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib
Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib
- 08 noy 2021, 11:39
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC Şuşa şəhərində mövcud müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib. Artıq sözügedən şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək zavodunda xidmətə qoşulma icra edilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlkumata görə, hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər.
Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş şəhərdə müasir telekommunikasiya infrastrukturu GPON (Qiqabit tutumlu optik şəbəkə) texnologiyası əsasında qurulub. “Aztelekom”un müasir standartlarla inşa etdiyi 1000 nömrə tutumlu optik şəbəkə məlumatların yüksək sürətlə ötürülməsinə və sabit internetə zəmanət verir.
“Aztelekom” MMC Şuşa şəhərində bərpa və yenidənqurma işləri çərçivəsində dayanıqlı və fasiləsiz telekommunikasiya xidmətlərinin təminatı üçün zəruri tədbirləri davam etdirəcək.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqini mərhələli və planlı şəkildə həyata keçirəcək.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edən şirkətlərin – TAM SİYAHISI
Heydərovların biznes imperiyası - Dövlət içində dövlət (ŞOK SİYAHI)
Abşeronun tender qalibləri, alınan “Tərəqqi” medalları və təmirsiz yolları
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
İlham Əliyev və xanımının Cəbrayıl və Zəngilana səfəri məhsuldar olub - (Foto+Video)
Prezident Hökuməti topladı
Əli Həsənov yazdı: "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi"
Nazir 45 müəssisəni ləğv etdi (SİYAHI)
Cavid Qurbanovun Şərq-Qərb dəhlizi boyunca uzanan BİZNESİ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti