"Döyüş bölgəsindən 892 erməni hərbçinin meyiti taplıb" - Tadevosyan

  • 16 dek 2020, 21:29
Bu günədək Qarabağda aparılan axtarış tədbirləri nəticəsində 892 erməni hərbçinin meyiti tapılıb.
Bununla bağlı Ermənistan mətbuatına istinadən xəbər verir. Qarabağdakı ermənilərin təmsilçisi Unan Tadevosyan bildirib ki, götürülən meyitlərin çoxu tanınmaz haldadır. O, axtarış işlərinin döyüş əməliyyatlarının getdiyi bütün ərazilərdə aparıldığını deyib. “Biz ötən günlər ərzində 892 hərbçinin meyitini tapmışıq. Son günlər atəşkəs rejiminin pozulması səbəbindən axtarış işləri dayandırılmışdı. Ancaq dünən Cəbrayıl rayonunda və Füzulinin Qaraxanbəyli kəndində axtarışlar bərpa olundu”,-Tadevosyan deyib. Məlumatda deyilir ki, sabah, yaxud o biri gün axtarış əməliyyatları Qubadlı və Zəngilanın cənubunda, Xanlıq kəndində, həmçinin digər ərazilərdə aparılacaq. Eçmiədzin sakinlərinin dediyinə görə, təkcə Xanlıq ərazisində 34 hərbçi itkin düşüb.
Erməni mənbələri axtarış işlərinin nə vaxt bitəcəyi barədə sualı cavablandırmağa çətinlik çəkib. Qeyd olunub ki,  hələ nə qədər meyitin tapılmadığını demək mümkün deyil, rəsmi qurumlar da itkin düşənlərin siyahısını açıqlamır.
Qeyd edək ki, meyiti tapılanlar Qarabağdakı qondarma rejimin təmsilçiləridir.
Oxşar xəbərlər