Xəbər lenti
Bütün xəbərlər

Erməni hərbçisi başından güllə yarası aldı

  • 01 may 2019, 07:33

Ermənistan ordusunun Tavuş vilayətində xidmət edən hərbçisi güllə yarası alıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan iddia edib ki, hərbçi bu gün, 30 apreldə Azərbaycan tərəfdən açılan atəş nəticəsində yaralanıb.

Yaralının durumunun sabit ağır olduğu bildirilir. Baş nahiyyəsindən güllə yarası alan hərbçinin tezliklə vertolyotla İrəvana çatdırılacağı bildirilir.

Qeyd edək ki, Ermənistan tərəf son günlər davamlı şəkildə həm təmas xətti, həm də cəbhəboyu ərazilərdən təxribatlara əl atırdı. Ötən həftə Ermənistan ordusu Fizuli və Cəbrayıl rayonları ərazisində hərbi təlimlər keçirmişdi. Gözlənilən Vaşinqton görüşü və Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalaması ərəfəsində düşmənin təxribatçı hərəkətlərinin artacağı proqnozlaşdırılırdı. Yeri gəlmişkən, Ermənistan-Azərbaycan sərhədində, Qazax rayonu istiqamətində baş verən son hadisə İrəvanda Avrasiya İqtisadi Birliyinin toplantısının keçirildiyi günə təsadüf edib. Tamamilə mümükünür ki, işğalçı ölkə KTMT ölkələrini öz tərəfinə çəkməkdən ötrü dövlət sərhədiboyunca təxribatçı hərəkətlərə əl atıb və layiqli cavabını alıb. Xatırladaq ki, artıq bir neçə aydır ki, bu istiqamətdəki mövqelərimizi sərhədçilərimiz şərəflə qoruyurlar.

Oxşar xəbərlər