Kərbəlada itkin düşən azərbaycanlı axundun meyiti tapılıb

  • 28 okt 2019, 10:40

Kərbəlaya ziyarətə gedən və orada itkin düşən azərbaycanlının öldüyü məlum olub. Belə ki, axtarışlar nəticəsində İmişli rayonunun axundu olan Yusifov Davər Qafar oğlunun meyiti tapılıb.

Bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa - Kərbəla ziyarətinə yola düşən zəvvar orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişdiyi bildirilib. Bu barədə mətbuata axundun yaxınları xəbər veriblər. Onların dediyinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o, dünyasını dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır.

Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər vermişdik. Qeyd edək ki, dini ənənəyə əsasən müqəddəs torpaqları ziyarət edərkən ölən insanların meyiti elə həmin torpaqda dəfn olunur. Lakin Davər Yusifovun orada dəfn olunması və ya ölkəyə gətirilməsi ilə bağlı yaxınları tərəfindən məlumat verilməyib.

Oxşar xəbərlər