"Qanun və İntizam" qəzetinin 16 yaşı tamam olur - Baş redaktor danışdı (VİDEO)

  • 17 may 2022, 18:21
Gəncədə yaşayan jurnalist Vidadi Səməndov (Göyçəli) "Demokratik TV"-nin efirində öz həyatından və yaradıcılığından danışıb.
Ömrünün 30 ilini sözə fəda edən, uzun müddət müxtəlif media qurumlarında müxbir, xüsusi müxbir və baş redaktor kimi çalışmış Səməndov 1990-cı illərdə azadlıq hərəkatının da fəal iştirakçısı olub. 2001-ci ildən 2006-cı ilədək 20 yanvar cəmiyyətinin orqanı olan "Azadlıq Yolu" qəzetində baş redaktor, 2006-cı ilin mayın 18-dən indiyədək isə özünün təsis etdiyi "Qanun və İntizam" qəzetinin (MMC-nin direktoru) baş redaktorudur.

Səməndov 1988-93-cü illərdə Azərbaycan Dövlət Universitetinin "tətbiqi riyaziyyat" fakültəsini bitirib. 1992-94-cü illərdə Daxili İşlər Orqanlarında leytenant rütbəsində xüsusi təyinatlı tağımda (XTZT) xidmət keçib, həmin illərdə Qarabağ döyüş əməliyyatlarında fəal iştirak etmiş, uğurlu döyüş əməliyyatçısı kimi dəfələrlə təltif edilmişdir.
Xüsusi olaraq onu da vurğulayaq ki, Vidadi Səməndovun rəhbəri olduğu "Qanun və İntizam" qəzetinin sabah - mayın 18-də 16 yaşı tamam olur.

Demokratik.Az saytı və Demokratik-TV olaraq müsahibimizi "Qanun və intizam" qəzetinin 16 illiyi münasibətilə səmimiyyətlə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!..
Oxşar xəbərlər