Niyazi Bayramov prezidentin Gəncə səfərində hansı yalanı uydurub? – Video

  • 04 fev 2022, 17:49
Prezidentin Gəncə səfərindən sonra Gəncədə süni “yaşıllaşdırma” görüntüsünün yaradılması ilə bağlı video yayımlandı.  
Demokratik.Az bildirir ki, bu barədə sosial şəbəkədə vətəndaş tərəfindən çəkilib yayılmış video şərh edilərkən prezidentin Gəncənin icra başçısı Niyazi Bayramov tərəfindən aldadıldığı qeyd olunub. Rəsmi səfərdən öncə guya yol kənarına ağacların “əkildiyi”ni, şəhərin abadlaşdırıldığı təsəvvürünü yaratmağa çalışanlar bircə video ilə ifşa olunub.

Prezidentin səfərindən sonra “əkilən” ağacların yığışdırılması, əslində ağacların əkilmədiyi, öz dibçəklərində yol kənarına düzüldüyü faktı ortadadır.

Gəncə şəhər İcra Hakimiyyəti isə məsələnin araşdırıldığını bildirib.
Videonu təqdim edirik:
Oxşar xəbərlər