Kəlbəcər məktəbində 7-ci sinif şagirdlərinə dərslik əvəzinə metodik vəsait paylanıb - VİDEO

  • 02 fev 2022, 17:12
Gəncədəki Yeni Məcburi-köçkünlər qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayonu 11 saylı tam orta məktəbinin 7-ci sinif şagirdlərinə dərslik əvəzinə, müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsait paylanıb. "İnformatika", "Texnologiya", "Ümumi Tarix" fənləri üzrə şagirdlərdə olan metodik vəsaitlər isə təbii ki, onların ev tapşırıqlarını yerinə yetirmələrinə imkan vermir. 

Bu barədə "Demokratik.Az"-a adının açıqlanmasını istəməyən valideyinlər məlumat verib.

Bəs, müəllimlərin əyani vəsaitini şagirdlərə paylanmasında hansı məqsəd güdülüb, bu necə baş verib, yəqin ki, təhsil nazirliyi araşdıracaq.

Sözügedən məktəblə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz fayda vermədi...

Demokratik.Az
Oxşar xəbərlər