Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb

  • 16 yan 2022, 20:43
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov vəzifəsindən azad olunub.

Boş qalan vakant yerə yeni təyinat olmayıb.

Baş həkim səlahiyyətləri müvəqqəti olaraq publik hüquqi müəssisənin direktoru tərəfindən icra olunur.
Qeyd edək ki, İcbari tibbi sığortanın tətbiqi çərçivəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının tibbi təchizatı yaxşılaşdırılıb, 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalar müasir tələblərə cavab verir.
Xəstəxanada xəstələrin rahatlığı da düşünülüb. Belə ki, laboratoriyada xüsusi çoxfunksiyalı kreslolar qurulub. Həmin kreslolar qanalma zamanı xəstənin arterial təzyiqi düşərsə, ona uyğun vəziyyət alır. Laborator müayinələrin aparılması tamamilə avomatlaşdırılıb. Laborator müayinələrin kağız üzərində aktivləşdirilməsinə son qoyulub.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tibbi təchizat yaxşılaşdırılıb. Xəstəxanaya LOR kombayn, laporoskopik əməliyyat üçün dəst, 4D ultrasəs müayinə aparatı, Hamilton süni ventelyatorlar, portativ süni tənəffüs aparatı, monitorlar, sterilizator və paketləmə aparatı, MQ aparatı, neonatologiya üçün küvezlər, “Beckman” markalı laborator analizatorlar, avtomatlaşdırılmış ginekoloji, proktoloji stolların alınması tibbi xidmətin keyfiyyətinin artırılmasına səbəb olub.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında təcili yardım da daxil olmaqla, bir sıra şöbələrdə struktur dəyişikliyi aparılıb. Cərrahi profilə aid olan və ayrı-ayrı korpuslarda yerləşən urologiya, proktologiya, lor, onkologiya, uşaq cərrahiyəsi, ümumi cərrahiyə, oftalmologiya “cərrahiyə şöbəsi” adı altında birləşdirilib. Həmin şöbə üçün 100 çarpayılıq bölmə yaradılıb.
Xəstəxananın doğum şöbəsində aparılan dəyişiklər vaxtından əvvəl doğulan ağır vəziyyətdə olan uşaqlara intensiv terapiyanın aparılması uçun tam şərait yaradır. Belə ki, burada süni tənəffüs aparatı, küvəz quraşdırılıb. Anadangəlmə sarılıqla doğulanlara təxirəsalınmaz yardım kimi fototerapiya cihazı quraşdırılıb.
60 çarpayılıq terapiya şöbəsində isə pərakəndə şəkildə yerləşmiş kardiologiya, nefrologiya, terapiya və nevrologiya bölmələri birləşdirilib. Doğum şöbəsi B korpusundan C korpusuna keçirilib. Həmin bölmədəki əməliyyatxananın yanında intensiv nəzarət bloku yaradılıb.
Aparılan dəyişiklik mövcud çarpayılardan daha səmərəli istifadə etməyə imkan yaradır və göstərilən tibbi xidmətin keyfiyyətini artırır. Nəticədə xəstəxana keçən ilki göstəricilərindən 2 dəfə artıq xəstə qəbulu və müayinəsi həyata keçirir.
Oxşar xəbərlər