Səbail Məhkəməsi Ramiz Mehdiyevin özbaşınalığını durdurdu - Elton Məmmədov AMEA-ya qayıdır

  • 10 dek 2021, 12:36
Bugün Bakı şəhər Səbail rayon Məhkəməsində professor Elton Məmmədovun Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı növbəti məhkəmə prosesi baş tutub. Hakim İlkin Rüstəmlinin icraatında olan mülki iş üzrə qətnamə elan edilib.
"Demokratik.Az"-ın bu barədə əldə etdiyi məlumatda bildirilir ki, iddiaçı, AMEA-nın İşlər idarəsinin sabiq müdiri Elton Məmmədovun AMEA-nın rəhbərliyinə qarşı qaldırdığı "işə bərpa" və "əmək münasibətləri üzrə" iddiası təmin edilib.

Elton Məmmədovun məhkəmə qaydasında qələbəsi ölkənin demokratikləşməsi yolunda, eləcə də son illərdə ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli iradəsi sayəsində Azərbaycanın Məhkəmə-hüquq sistemindəki islahatlarının xoş nəticəsidir. Sevindirici haldır ki, ölkənin ali elm ocağına rəhbərlik edən Ramiz Mehdiyevin özbaşınalıqlarından və kaprizlərindən birinə son qoyuldu, AMEA-dan haqsızlıqla uzaqlaşdırılan ziyalının ədaləti əlamətdar bir gündə - Beynəlxalq insan hüquqları günündə verilmiş qətnamə ilə bərpa edilmiş oldu.

Xatırladaq ki, son illər AMEA-da Ramiz Mehdiyevin yarıtmaz idarəçiliyi sayəsində bir neçə ziyalı akademiyanı tərk edib, Elton Məmmədov və bir sıra elm adamları isə məhz Mehdiyevin hədəfinə çevrildiyi üçün işdən qanunsuz əsaslarla çıxarılıblar.
Elton Məmmədov 27 noyabr 2019-cu ildə AMEA-nın Yüksək Texnologiyalar parkına direktor təyin edilmişdi. 17 yanvar 2020-ci ildə isə AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsinə gətirilib. Lakin, Ramiz Mehdiyevin özbaşınalıqları nəticəsində 13 aprel 2021-ci il tarixindən əmək məzuniyyətinə buraxılıb və ardınca da qanunsuz əsaslarla əmək müqaviləsinə xitam verilmişdi.

Professor Elton Məmmədovun timsalında Azərbaycanın vicdanlı elm ictimaiyyətini təbrik edirik...

Demokratik.Az
Oxşar xəbərlər