Zibili meydan sulayan, generalı laqeyid başçı olan Göyçay - FOTOFAKT

  • 25 avq 2021, 22:36
Göyçay rayonu zibildən və natəmizlikdən əziyyət çəkir. Bu barədə yayılan və "Demokratik.Az" saytına göndərilən məlumata görə, icra başçısı, general Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçələri zibilliyə qərq olub.
Təkcə 23 avqust 2021-ci ildə -həftənin ilk iş günü saat 12-00-da qeydə alınan mənzərə tükürpədicidir. Küçələr, evlərin qarşısı zibil tullantısı ilə doludur. Ətrafa üfunət iyi, təhlükəli xəstəlik yayan zibilliklər vaxtlı-vaxtında təmizlənmədiyi üçün insnların həyat və sağlamlıqlarına təhlükə yaradır. Məlumata görə, Göyçay «Komxoz» (Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi) idarəsində 700 nəfərə yaxın işçinin adı gedir. Lakin, adı işdə olan özü isə bir gündə olsun işə çıxmayanlar var ki, onların ya maaş kartları vəzifəli şəxslərin cibindədir, yada aylıq haqq verirlər deyə onlara gözün üstə qaşın var deyən yoxdur. Nəticədə zibillər tökülüb qalıb və görüləsi işlər görülmür.
İcra başçısı Mehdi Səlimzadənin başı bazar açmağa, torpaq satmağa və digər korrupsiya əməllərinə qarşıdığı üçün Göyçay rayonu zibillik içində itib- batır, rayon antisanitar vəziyyətdədir ki, buda koronavirusdanda təhlükəli epidemiyaya gətirib çıxara bilər.
Ümid edək ki, Göyçay İHB biabırçılığı aradan qaldıracaq!






Oxşar xəbərlər