Mehdi Səlimzadənin "kreslo olayı" - BİABIRÇILIQ

  • 28 fev 2019, 15:26

Göyçay rayon İca Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu, eləcə də sürücüsü Toğrul Səlim oğlu Səlimzadənin paylaşdığı fotolar qalmaqala və müzakirələrə səbəb olub. Məmur qohumu başçının xidməti otağında, əmisinə etimad olunan vəzifənin kreslosunda oturaraq çəkdirdiyi ədalı fotoları cəmiyyətdə açıq qıcıq və ikrah hissi oyadıb. 

Demokratik.Az-ın məlumatına görə, bəzi xəbər saytlarında olay sərt şəkildə qınanılıb. Başçının otağının və kreslosunun karvansara olmadığı, kim gəldi prezidentin yerdəki nümayəndəsinin kreslosunda oturmağa haqqının olmadığı vurğulanıb.

Yayılan fotolardan da görünür ki, Göyçay İH-nin kreslosunda əyləşən Toğrul Səlimzadə yüksək məmur kreslosuna əmisinin şəxsi malı, taxt-tacı kimi baxır. Öz hərəkətilə icra başçısını da hörmətdən salır.

Göyçay rayon icra başçısının Toğrul Səlimzadəyə belə bir səlahiyyət verib-verməməsindən asılı olmayaraq, hadisəyə başçının rəvac verdiyini söyləmək mümkündür. Azından, baş verənlər bir sürücü ilə icra başçısı arasındakı vəzifə subardinasiyasının pozulmasıdır. Bu durumda, əmi-qardaşoğlu səmimiyyəti dövlət qulluğundan irəli gələn etik normaları aşaraq, başçı adına mənfi reputasiya yaradır.

Sabiq ədliyyə generalı Mehdi Səlimzadənin "kreslo olayı"- na görə sarsıntı keçirdiyi barədə də xəbərlər yayılıb. Hətta, qardaşı oğlunu əməlinə görə sərt cəzalandıracağı iddia olunur. Hazırda sürücünün öz işinə davam etdiyi bildirilir.
Məlumata görə, İH-nin başçısı Mehdi Səlimzadə qardaşı oğlunun belə bir tərbiyəsizliyinin necə və hansı şəkildə mətbuata sızdırıldığını da araşdırır.

Yaxın gələcəkdə öz kreslosuna layiqincə sahib çıxmağı bacarmayan, iş otağında qardaşı oğluna fotosessiya şəraiti yaradan cənab Mehdi Səlimzadənin səlahiyyətinin əlindən alınacağına kimsə təəccüblənməsin...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər