Demokratik TV
Göyçayın Xəlitli kənd sakinlərinin örüş-otlaq sahələrini kim zəpt edib? - ŞİKAYƏT
Göyçay rayonu Xəlitli kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şikayət ərizəsi ünvanlayıb.
"Demokratik.Az"-a daxil olan məlumatda bildirilir ki, Göyçay rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində Göyçay rayon Xəlitli kənd sakinlərinin örüş sahəsi təyinatı dəyişdirilmədən qanunsuz olaraq əkilib. Həmin 10 hektar örüş sahəsini Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Yeniarx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov qanunsuz olaraq 8 hektarında yonca əkib, qalan hissəsində isə tut ağacı əkdirib.
Məlumata görə, baramaçılığın inkişafı üçün respublikada tut ağaclarının çoxaldılması üçün kəndə Çin respublikasından sort tut ağacı tingləri gətirilib. Həmin 10 min tut ağacı tingi icra nümayəndəsi Əhməd Məmmədov əkmək adı ilə gətirib və cəmi 1000 tingini 10 hektar örüş sahəsinin 2 hektarına əkmiş, qalan 8 hektarına isə satıb gəlir əldə etməsi üçün yonca əkdirmişdir.
Xəlitli kənd sakinləri yazır ki, onlara məxsus iri və xırda buynuzlu heyvanların otarılması üçün həmin örüş yeri onsuz da bəs etmirdi. Belə olan halda, həmin örüş sahəsinin təyinatı dəyişdirilmədən əkilməsi yolverilməz haldır. Ümumi istifadədə olan kəndin örüş torpaqlarında təyinat dəyişdirilmədən əkin işləri aparılması cinayət əməlidir. Örüş torpaqlarının təyinatının dəyişdirilməsi isə birbaşa nazirlər kabinetinin səlahiyyətinə aiddir.
Azərbaycan Respublikasının qanunlarına əsasən, bu qanunsuzulğa icazə vermiş icra başçısı Mehdi Səlimzadə və Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədovun bu əməli cinayət tərkibi yaradır.
Şikayətçilər bildirir ki, Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun yonca və tut ağacı əkdiyi torpaq heyvandarlıq məqsədi ilə örüş təyinatlı torpaq sahəsidir. Heç bir təyinat dəyişdirilmədən belə bir açıq-aşkar qanunsuzluğu icra nümayəndəsi Əhməd Məmmədov edib. Təəccüblü səslənsə də, kənd sakinləri bu qanunsuzuluq barədə Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadəyə məlumat verib tədbir görməsini xahiş etsələr də, heç bir tədbir görülməyib. Çünki icra nümayəndəsi qanunsuz olaraq örüş yerində əkdiyi yonca otunun satışından əldə etdiyi gəlirin böyük hissəsini icra başçısı Mehdi Səlimzadəyə də verməsi barədə şaiyələr var. Bəlkə də ona görə də adıçəkilənə "gözün üstə qaşın var!" deyən yoxdur.
Bu səbəbdən kənd sakinləri mal-qarasını otarmağa örüş sahəsi tapa bilmirlər, buna görə çox əziyyət çəkirlər. Həmçinin qeyd edirlər ki, Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun qardaşı oğlu Məmmədov Müşfiq Mehman oğlu üç il əvvəl qəsdən adam öldürdüyünə görə məhkəmənin hökmü ilə uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Yaxın qohumu ağır cinayət törətmiş şəxsin vəzifədə təmsil olunması isə yolverilməzdir.
Bütün bunları diqqətə çatdıran şikayətçilərin gəldikləri nəticəyə görə, Prezident cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində respublikada heyvandarlıq və əkinçilik sürətlə inkişaf etdiyi bir vaxtda icra başçısı Mehdi Səlimzadənin və icra nümayəndəsi Əhməd Məmmədovun qanunsuz fəaliyyəti nəticəsində Xəlitli kəndində sürətlə geriləmə baş verib. Nəticədə də kənd təsrrüfatına və sakinlərə ciddi ziyanlar dəyir.
Kənd sakinləri inanırlar ki, şikayət ərizələri yerində tam, hərtərəfli və obyektiv araşdılıb saxtakarlıq etmiş vəzifəli şəxslərin barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Əllərindən alınan örüş sahəsinin camaata qaytarılmasına köməklik göstəriləcəkdir.
İmza; Göyçay rayonu Xəlitli kənd sakinləri
1.Mikayılov Eldəniz Mikayıl oğlu əlaqə telefonu; (050) 417-98-51
2.Sədirəddinov Namiq Şakir oğlu (050) 525-36-94
3.Abdullayev Kamil Fərhad oğlu
4.Sədirəddinova Gültəkin Mürşid qızı
5. Mikayılov Alik Ağaismayıl oğlu
6.Mikayılov Qüdrət Paşa oğlu
7.Mikayılova Mətənat Xəlil qızı
8.Sədrəddinov Surət Sadiq oğlu
9.Mikayılov Təbriz Elburus oğlu
Demokratik.Az şikayətdə adıkeçən şəxslərin söz haqqını tanıyır...
Demokratik.Az