"Azəriqaz" İB Gəncədə yeni qaz xətlərini niyə təlimatdankənar çəkir?

  • 16 yan 2021, 13:53
Son illər SOCAR-ın nəzdində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması istiqamətində müəyyən addımlar atlıb. Eyni zamanda şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması sahəsində də genişmiqyaslı işlər görülüb. Ancaq nədənsə Gəncə Qaz İstismarı İdarəsinın məsul şəxsləri bu görülən işlərin üzərinə hələ də kölgə salır.
Gəncənin bir neçə küçəsinin, eləcə də Məmmədtağı Cəfərov küçəsinin sakinləri Gəncə Regional Qaz İstismarı İdarəsinin fəaliyyətindən şikayətçidir.
Yeni salınmış bu qəsəbənin də qazlaşdırılması zamanı küçələrə çəkilən qaz xətləri texniki əsaslandırmada nəzərdə tutlan qaydaya uyğun çəkilməyib. Həmin ünvanlardakı yerüstü qaz xəttləri yaşayış evlərinin divarları üzərindən keçməklə metal parçası ilə divara bərkidilib.
Kustar üsulla çəkilən qaz xəttləri sakinlərin haqlı narazılığına səbəb olub. Tələb olunan normativ və texniki təhlükəsizlik qaydalarına görə, qaz xəttləri çəkilərkən hər 3-5 metr məsafədən bir dəmir boru dirəklərindən istifadə nəzərdə tutulsa da buna əməl edilməyib.
Gəncə RQİİ-nin rəhbərliyinə, xüsusilə baş mühəndis Azər Bayramova bu nöqsanların aradan qaldırılması ilə bağlı edilən şikayətlər isə suya düşüb. "Azəriqaz"-ın yerli təmsilçiləri problemin aradan qaldırılmasında maraqlı deyil, əksinə təkrarlamaqla məşğuldurlar.
Son illərdə Gəncənin inzibati ərazisinin böyüdülməsi, yeni yaşayış massivlərinin və küçələrin salınması xoş ovqat yaratsa da, sadalanan hal dayanmadan müşahidə edilməkdədir. Demək olar ki, bir sıra yeni küçələrdə çəkilən qaz xəttləri təlimatdankənar qaydalarla çəkilib və çəkilməkdə davam edir.
Onu da xatırladaq ki, dayaqlar üzərində çəkilmiş yerüstü qaz kəmərlərindən binalara və tikintilərə qədər olan horizontal üzrə binanın divarı boyu çəkilmiş qaz kəməri ilə rabitə və radio verilişi naqilləri arasındakı işıqda minimum məsafə (metrlə) («Rabitə və radio verilişi kabel xətlərində iş aparılan zaman təhlükəsizlik texnikası qaydalarından çıxarış») minimum işıq məsafəsi, (metr) Binalar və tikintilər Qazın təzyiqi, kqq/sm2-lə nəzərə alınmalıdır. Əgər dayağın hündürlüyü elektrik xəttinin hündürlüyündən artıqdırsa, qaz kəməri ilə elektrik xətti arasındakı məsafə qaz kəməri dayağının hündürlüyündən az olmamalıdır. Gəncənin bir çox yerində bu təlimat normaları da "Azəriqaz" təmsilçiləri tərəfindən pozulur.
Onu da bildirmək yerinə düşər ki, Gəncədəki bəzi yeni qazlaşdırma işləri sakinlərin şəxsi vəsaiti hesabına çəkilsə də, texniki şərtlərdə və layihələndirilmə işlərində "Azəriqaz"-ın adından sənədləşdirilmələr aparılır. Bu mənada, qurumun əsassız pullar ayıraraq küllü miqdarda vəsaitlər mənimsənildiyi də iddia edilir. 
Əlavə məlumat verəcəyik...
Demokratik.Az



Oxşar xəbərlər