Rövnəq Abdullayev 1000 ailəni çörəksiz qoydu - MÜNSAİBƏT+RƏSMİ

  • 14 noy 2015, 23:17

SOCAR-ın 1000 nəfəri işdən çıxardacağı bildirilir. 

7News.az-ın marja-ya istinadən verdiyi məlumata görə "Azəriqaz” İstehsalat Birliyinin Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Səbayel, Suraxanı və Yasamal rayon qaz istismar sahələri ləğv edilir. Artıq əmr imzalanıb.Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin maddi-texniki bazalarında Bakı Reqional Qaz İstismarı Departamenti və Bakı Reqional Qazın Satışı Departamenti yaradılır.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi SOCAR-ın 1000 nəfər işçi çıxartmasına münasibət bildirib.

"Marja"nın məlumatına görə, Xidmətin rəisi İdris İsayev jurnalistlərə bildirib ki, ixtisarlar nəticəsində 1000 nəfərin hamısı işsiz qalmayacaqdır:

"Mən deməzdim ki, SOCAR-ın tərkibində olan "Azəriqaz”ın rayon idarələrinin ləğv edilməsilə xeyli işçi çıxardılacaqdır. Mənim bildiyimə görə, orada 2 yeni departament yaradılıb. Həmin işçilərə bu departamentlərdə müəyyən işlər təklif olynacaqdır. Onların müvafiq sosial proqramı da mövcudur. Bu proqramlara da həmin şəxslər cəlb olunacaqdır. Düşünürəm ki, bu proses SCOCAR tərəfindən düzgün tənzimlənəcəkdir.  Bizim də bu barədə SOCAR-a müraciətimiz olub”.

Oxşar xəbərlər