Gözlənti! Göygöl rayonu da sərt karantinə alınacaq

  • 02 iyul 2020, 19:36
Azərbaycanda sürətlə yayılmaq təhlükəsi yaşayan koronavirus-pandemiyası üçün hökumətin atdığı qabaqlayıcı və sərt tədbirlər davam etdirilir. Bu məqsədlə iyulun 5-dən sonra karantin rejiminin iki həftəlik uzadılması üçün artıq real təkliflər də var. 
Demokratik.Az-ın bildirdiyinə görə, karantin rejiminin uzadılmasına zərurət barədə Prezident Administrasiyasından və prezidentin köməkçisi Hikmət Hacıyevdən də həyəcan dolu mesaj verilib. Yaxın günlərdə Nazirlər Kabineti Yanında Operativ Qərərgahın yeni sərt qərarla çıxış edəcəyi gözlənilir.

Əldə etdiyimiz özəl bilgiyə görə, son həftələrdə virusa yoluxma halına və ölüm statistikasına görə gözlənilməz artım tempi qazanan daha bir neçə rayonda xüsusi karantin tətbiqi gözlənilir. Ciddi müzakirə olunan həmin rayonlardan biri kimi isə Göygöl rayonunun adı birinci sırada gəlir.
Onu da bildirək ki, Göygöl rayonu Gəncəyə yaxın ərazini əhatə edir. Hazırki sərt karantin dövründə isə Gəncə sakinlərinin müxtəlif yollarla Göygöl ərazisinə istirahətə gəlmələri, hətta rayon ərazisindən keçib asanlıqla Gəncənin inzibati ərazisi olan Hacıkənddə azad-asudə istirahət etmələri yoluxma risqini xeyli artırır. 
Paradoksallıq həm də ondadır ki, Gəncə-Göygöl yolunun sağını əhatə edən (Gülüstan-Qızılqaya qəsəbəsində) bir sıra obyektlər, çayçı və kafelər, "Alov" kimi iri restoranlar Gəncənin tam mərkəzində olsa da, Göygöl ərazisi adı altında nəzarətdən yayındırılırlar.
İnsanların sağlamlığı naminə Azərbaycan hökumətinin zəruri addımlar atacağı birmənalıdır.
Demokratik.Az
      
Oxşar xəbərlər