Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Gədəbəyin icra başçısı şöbə müdirini danladı - Ürəyi partlayıb öldü
Gədəbəyin icra başçısı şöbə müdirini danladı - Ürəyi partlayıb öldü
- 07 may 2020, 09:20
Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdirinin qəfil vəfat etməsi və səbəbi barədə məlumat yayılıb.
Demokratik.Az xatırladır ki, Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutması nəticəsində vəfat etməsi xəbəri bildirilmişdi.
Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından dünyasını dəyişib. /publika.az/
Məlumata görə, icra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq 3-cü dəfədir baş verir. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında dünyasını dəyişib, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçının qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirərək xəstəxanaya aparılıb.
Hadisələrin səbəbinin isə, icra başçısının tabeliyindəkilərə ciddi və tələbkar münasibətlərinin olub-olmamasını və ya ölüm faktlarının təsadüf olmasını söyləmək çətindir.
Bir çoxları, xüsusilə Gədəbəy sakinləri icra başçısı İbrahim Mustafayevi işini ləyaqətlə yerinə yetirən, sadə və gülərüz məmur kimi xarakterizə edir.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İcra Hakimiyyətinin şöbə müdiri qəbirstanlıqda KARTOF əkib
Azərbaycanda ən gənc icra başçıları - Siyahı
17 rayonun icra başçısı istefaya "gedəcək" – SİYAHI
Növbəti DTX əməliyyatı: Biləsuvarın icra başçısı da tutuldu
GƏDƏBƏYİN SABİQ BAŞÇISINA CİNAYƏT İŞİ AÇILIB
İmişlidə icra başçısından başqa kimlər saxlanılıb? – SİYAHI
Prezident bu yüksək vəzifələrə rəhbər təyin edəcək (SİYAHI)
Bakı meri 3 vəzifəli şəxsi işdən çıxardı
Laçının İcra başçısı kadr islahatı aparır
İcra başçısı ürək tutmasından ölməyib: Ekspertiza təyin edildi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti