Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Kriminal » İcra başçısı ürək tutmasından ölməyib: Ekspertiza təyin edildi
İcra başçısı ürək tutmasından ölməyib: Ekspertiza təyin edildi
- 02 mart 2019, 01:05
Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.
Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmadan vəfat etdiyi qeyd olunurdu.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəfat edib
İcra başçısının ölüm müəmması
Naftalanın yeni icra başçısı kimin oğludur?
Prezident yeni icra başçısı təyin etdi
Jurnalistin ölümü ilə bağlı cinayət işinin istintaqı yekunlaşır
Səbail və Mingəçevirə yeni icra başçısı təyin olunacaq
Dəyanətin öldürülməsi ilə bağlı iddialara - Rəsmi cavab
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti