Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Sərəncamlar » Prezident bu yüksək vəzifələrə rəhbər təyin edəcək (SİYAHI)
Prezident bu yüksək vəzifələrə rəhbər təyin edəcək (SİYAHI)
- 11 mart 2020, 18:21
Azərbaycanda bir neçə yüksək vəzifəyə təyinat gözlənilir.
Demokratik.Az oxu.az-a istinadən həmin vəzifələrin bir qismini təqdim edir:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi boşdur.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də təyinat gözlənilir.
Hazırda Azərbaycan İlahiyyat İnstitutunun rektoru da yoxdur.
Qeyd edək ki, Prezident İlham Əliyev martın 9-da imzaladığı sərəncamlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Kəlbəcərin icra başçısı Aqil Məmmədov, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov vəzifələrindən azad edilib.
Onların hər üçü Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə deputat seçiliblər.
Onu da əlavə edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur.
Ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Ağstafanın icra başçısı Nizaməddin Quliyev saxlanılmışdı.
Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Nizaməddin Quliyev vəzifəsindən azad edilmişdi.
Prezident Administrasiyasında da iki yüksək vəzifəyə təyinat gözlənilir.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri və Sənəd dövriyyəsi şöbəsinin müdiri vəzifələri boşdur.
Qeyd edək ki, yuxarıda adıçəkilən vəzifələrin hamısına təyinat Prezident İlham Əliyevin səlahiyyətindədir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanda ən gənc icra başçıları - Siyahı
4 rayonun icra başçısı yerlərini dəyişdi - SƏRƏNCAMLAR
Prezident iki icra başçısının yerlərini dəyişdi
Hicran Hüseynova Ağdama vertolyotla endi
Xələf Xələfov komissiya sədri təyin edilib - sərəncam
17 rayonun icra başçısı istefaya "gedəcək" – SİYAHI
Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək- SİYAHI
“Etimadı itirənlər vəzifədən gedəcəklər!” – Fəzail Ağamalı
Ən çox vəzifədə qalan icra başçısı kimdi? – SİYAHI
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti