Demokratik TV
Xəbər lenti
Həcc ziyarətinə getmək üçün 200 boş yer qalıb
- 30 mart 2017, 21:18
Həcc ziyarətinə sənəd qəbulunun bitməsinə iki ay qalıb.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, hazırda sənəd qəbulu davam edir: "Artıq 400-ə yaxın namizəd sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) təqdim edib".
H.Babayev yerlərin tam tutulacağı təqdirdə kvotanın artırılmayacağını da vurğulayıb.
Qeyd edək ki, bu il Azərbaycandan Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün 600 nəfərlik kvota ayrılıb.
Xatırladaq ki, bu il Həcc ziyarəti üçün vahid qiymətdə xidmət paketi təqdim olunub. Belə ki, bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar məbləğində təyin olunub.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə başladı
Həcc ziyarətinin təşkili ləngiyir
QMİ Həcc yerlərini azaltdı
Həcc ziyarətinin qiymətləri açıqlandı
Bu il Həccə daha çox zəvvar gedə biləcək
“Biz bilməliyik ki, Kərbəla, Məşhəd ziyarətini hansı niyyətlə təşkil edirlər”
Obama İlham Əliyevə məktub göndərib
Məhəmməd peyğəmbərin doğulduğu ev sökülür
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti