QMİ Həcc yerlərini azaltdı

  • 02 may 2016, 22:13
Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ayrılan yerlərin sayı azaldılıb.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, zəvvarlara ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib.

Halbuki, ötən il Azərbaycandan həcc ziyarətinə 2400 zəvvar getmişdi.

İndi 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidmətilərindən, 440-ı isə VİP xidmətlərdən yararlanacaq.

Kvotanın endirilmə səbəbi açıqlanmır. Ancaq bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir.

Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-də başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək  4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq  isə 3500 dollara başa gəlir.

APA
Oxşar xəbərlər