Xəbər lenti
Bütün xəbərlər

“Mən mandatdan imtina etməyəcəm” - Erkin Qədirli

  • 10 fev 2020, 17:33

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan "REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirib. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: "Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.

E. Qədirli iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: "Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi. 

 

İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.

E. Qədirli əlavə edib ki, yazılan artıq səsdən MSK-ya şikayət ediləcək:

"Dairədə rəqəmlərdə şişirtmələr olub. Mənə qazandığımdan da artıq səs yazıblar. Amma bu şişirdilmiş rəqəmləri hesablamasaq belə, mən yenə də qalib gəlmişəm. Lakin müşahidəçilərimizdən qeydlər götürmüşəm, mənə artıq səslərin yazılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyəm. Bizim dairəmizdə 5 məntəqənin nəticələrinin ləğv edilməsini istəyəcəyik.

Mən deputat mandatından imtina etmək məsələsi ilə bağlı İlqar Məmmədovla və digər dostlarla, müşahidəçilərlə məsləhətləşdim. Bugünə kimi çox vəzifələrdən imtina etmişəm. Amma bu dəfə halal səsimlə qalib gəlmişəm, buna görə də mandatdan imtina etməyəcəyəm. Mən parlamentə gedirəm”.

Erkin Qədirli qeyd edib ki, hakimiyyət onu parlamentdə görmək istəyir:

"Bəlkə də buna görə həmin dairədən güclü namizəd irəli çıxarmadılar. Amma mən heç bir pərdəarxası görüşdə, anlaşmada iştirak etməmişəm”.

Oxşar xəbərlər