Xəbər lenti
Bütün xəbərlər

Yerli bələdiyyə seçkilərində səsvermə başa çatıb

  • 23 dek 2019, 19:35

Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

"Report"un məlumatına görə, hazırda məntəqələrdə səslərin sayılması prosesinə başlanılır.

Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.

Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri "çip oxuyan” cihazlarla təmin edilib.

Xatırladaq ki, səsverməyə bu gün səhər saat 08:00-dan start verilib.

Oxşar xəbərlər