TƏCİLİ! Gəncənin 38 saylı ikinci seçki dairəsində 10 saylı məntəqədə SƏSSAYMA GƏRGİNLİYİ

  • 09 fev 2020, 19:56

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 10 saylı seçki məntəqəsində səsvermə prosesində gərginlik yaşanır.

Hazırda həmin seçki məntəqəsində (ADAU-nun baş binası -1-ci mərtəbə) səsvermədə iştirak edən şəxslərdən biri komissiyaya kəskin etirazını bildirir. Məntəqədə hansı anlaşılmaz durum olduğunu anlamaq çətindir.

Demokratik.Az xəbəri MSK-nın rəsmi saytına istinadən iddia edir və hazırda məntəqədə quraşdırılmış görüntü kamerasından hər şey aydın sezilir.

Xatırladaq ki, sözügedən dairədə YAP Gəncə təşkilatının qalmaqallı sədri Naqif Həmzəyevin də namizədliyi irəli sürülüb. Həmin dairədən müstəqil namizədliyi qeydə alınmış Amin Məmmədovdan aldığımız bilgiyə görə, məntəqədəki narazılığın səbəbi səsvermə bülletenində adı 5-ci sırada yer alan namizədin nə qədər səs toplamasının müşahidəçi-məşvərətçilərə açıqlanmamasıdır. N.Həmzəyevin lehinə olan səslərin şəffaf sayılmamasıdır. Sözügedən dairədə anoloji halın digər məntəqələrdə də (məsələn 2 və 3 saylıda) müşahidə olunduğu deputatlığa namizədlər tərəfindən iddia edilir. 

***

Son dəqiqələrdə məntəqəyə polis çağrılıb, saytımıza açıqlamasında aidiyyatı dairə sədri Məntiq Cəfərov bildirib ki, səslərin sayılması yekunlaşmayıb, yekun protokolların surəti yaxın saatlarda hamıya təqdim ediləcək.  

Saat 21:35-də hamı məntəqəni tərk edib və məntəqə qapadılıb...

 

Demokratik.Az 

 

Oxşar xəbərlər