Rəqqasə Aytən canlı efirdə belə oynadı - fotolar
- 14 fev 2017, 08:45
Azərbaycanlı oriental rəqqasə Aytən illər öncə müğənnilik
sevdasına düşməsindən danışıb. Lent.az-ın məlumatına
görə, APA TV-nin "Show time” verilişinə qonaq olan rəqqasə bildirib ki, bu,
onun səhv seçimi olub: "Müğənni olmağım üçün külli miqdarda pullar xərclədim,
amma alınmadı. Elə onda gördüm ki, müğənnilər reklamları üçün nə qədər pul xərcləyirlər.
Brilliant Dadaşova bir mahnını 1 həftəyə hazır eləyirdi, mən isə bir mahnını
yarım saata oxuyurdum. Gördüm ki, bu iş mənlik deyil”.
Rəqqasə daha sonra bildirib ki, onun bu sənətdə rəqibi
yoxdur: "İllərdir, bu sənətdəyəm, amma rəqibim yoxdur. İndi gündəmdə olan rəqqasələr
mənim tələbələrim olub. Onların adlarını çəkməyə ehtiyac yoxdur. Müəllimlərinin
mən olduğumu danmırlar, amma mənə zərbələri çox olub. Yəni çörəkləri dizlərinin
üstündədi. İndi hazırlaşdırdığım tələbələri çalışıram ki, efirə çıxartmayım. Yəni
efirə çıxmaq istəyirlərsə, pulların verib çıxsınlar".
