Xəbər lenti
Bütün xəbərlər

Faiq Ağayev küsülü olduğu müğənnilər barədə nələr dedi?

  • 21 dek 2016, 19:45

Xalq artisti Faiq Ağayev küsülü olduğu həmkarlarından söz açıb. Lent.az-ın məlumatına görə, "5/5” verilişinin qonağı olan xalq artisti Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və əməkdar artist Abbas Bağırovla bağlı suallara münasibət bildirib.
O, "Abbas Bağırovla niyə küsülüsünüz?" sualına belə cavab verib: "Adını çəkdiyiniz müğənni və digərləri ilə bağlı mənə də müəmmalı olan məqamlar var. Səbəbini özüm də bilmirəm. Onun ünvanına nə pis sözüm və də hərəkətim olub. Yolu açıq, tədbirləri bol olsun”. 
Z.Xanbabayeva və B.Dadaşova barəsində isə bu sözləri deyib: "Zülfiyyə Xanbabayeva ilə küsülülüyümüz uzun müddət əvvəl başlayıb. Bir neçə dəfə efirdə də dedim ki, barışmaq istəyənə qucağım açıqdır, amma səmimi olsun. Brilliant Dadaşovaya gəldikdə isə... Canı sağ, balası xoşbəxt olsun. Danışmaq istəsələr buyursunlar".

Demokratik.Az

Oxşar xəbərlər