Brilliant Dadaşova rəqsi ilə heyran etdi - Video

  • 14 yan 2016, 18:11

Xalq artisti Brilliant Dadaşova "5/5” verilişinin qonağı olub.

Demokratik.Az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni səhhətində problem olduğunu bildirib:

"Hazırda hərarətim var, özümü saxlamağa çalışıram. Halım yoxdur. Amma bu verilişə getməyimə mane olmadı. Mən qarda-boranda proqramlarda iştirak etmişəm".

B.Dadaşova bir çoxlarının onun sənətini təkrarladığını bildirib:

"Məndən öyrənsinlər, amma bunu danmasınlar. İstəyərəm ki, bütün dünya Azərbaycan musiqilərini öyrənsin. Təvazökarlıqdan uzaq olsa da, bunu etiraf edəcəyəm: Dünyanın elə bir yeri yoxdur ki, oradan mənə zəng edib "Sənin oxumağına qulaq asıb öyrənirik”-  deməsinlər".

B.Dadaşova rəqsi ilə də diqqət çəkib.


Demokratik.Az