Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”

  • 20 iyul 2018, 19:50

Sosial şəbəkədə fəlsəfə doktoru olması ilə bağlı məlumat yayan və daha sonra paylaşdığı sənədin saxta olduğu üzə çıxan xalq artisti Nazpəri Dostəliyeva sözügedən qalmaqaldan bəhs edib.

İfaçı sosial şəbəkədə onu tənqid edənlərə cavab verib: "Aşıq sənəti ilə bağlı elmi iş (fəlsəfə doktorluğu) müdafiə etməyimdən narahat olanlar və sevinənlər, bildirmək istəyirəm ki, Şamaxının, həmçinin Şirvan elinin məşhur aşıqlarından olan aşıq Əhmədəlinin ailəsində dünyaya göz açmışam. Uşaq yaşlarımdan evimdə saz, söz, sənət və sənətkarlar görmüşəm. Bu baxımdan düşünürəm ki, aşıq sənəti ilə bağlı götürdüyüm elmi iş həm də mənim atam və onun ustad həmkarları qarşısında mənəvi borcumdur. Nə zamansa bəhrələndiyim sənətkarların haqqını verməli idim. Bir daha xatırladıram ki, mən bənna, sürücü, rəqqas, müəllim yox, məhz aşıq qızıyam. Mövzu barədə yaxın günlərdə ilk dəfə açıqlayacağım faktlar, geniş müsahibəm olacaq”.

Demokratik.Az

Oxşar xəbərlər