8 dəfə aşiq olan aktrisa

  • 18 dek 2016, 10:10

"Möhtəşəm yüz il: Kösem" serialında oynayan aktrisa Nurgül Yeşilçay sevgidən danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Gerçək eşq sadəcə bir dəfə yaşanır" sualına maraqlı cavab verib. 

Nurgül "Həyat bu... Bu cür sözlərə inanmıram. Bu günə qədər 8 dəfə aşiq olmuşam. Yenə də qarşıma istədiyim biri çıxarsa, aşiq olaram" deyə, bildirib.

Bəyəndiyi kişi xüsusiyyətlərindən danışan aktrisa qısqanc olduğunu deyib:

"Mən artıq hüzur və xoşbəxtlik istəyirəm. Eşq də olmasa olmaz. Sevirik deyə bir-birimizi əsəbiləşdirib, həyatı bir-birimizə zəhər etməməliyik. 20 yaşında hər şeyi başqa halda yaşayırıq. Əgər qarşımdakı qısqancdırsa, mən də özümdə buna haqq görürəm və qısqanc oluram. Əslində isə bunlar çox pis hisslərdir, onlardan xilas olmalıyıq".

Oxşar xəbərlər