100 il əvvəl götürülən kitabı kitabxanaya qaytardı

  • 17 yan 2017, 07:44
Amerikalı Uebb Conson San Fransisko kitabxanasına 100 il əvvəl götürülmüş kitabı geri qaytarıb. 

Bu barədə lenta.ru saytı "San Francisco Chronicle”a istinadən yazıb. Söhbət  Fransis Hopkins Smitin qısa hekayələrindən ibarət "40 dəqiqə gec” adlı kitabından gedir. Kitabı onun nənəsi Fibi Uebb götürüb. Kişi kitabı 1966-cı ildə aşkarlayıb. Kitabın qaytarılma vaxtı nənəsinin ölümündən bir həftə sonraya təsadüf edirdi. 

Həmin vaxt Conson onu kitabxanaya aparmayıb. Düşünüb ki, aradan bir neçə il keçdiyi üçün kitab ailəyə qalmalıdır. Kitabxana isə kişini bu gecikməyə görə cərimələməyib. Əksinə, oxucuların zamanında qaytarmadığı kitablarla bağlı aksiya keçirib

2016-cı ilin aprelində Yeni Zelandiya sakini Oklend şəhər kitabxanasına 1948-ci ildə götürülmüş kitabı geri qaytarmışdı. Qadın "Maori ölkəsinin mif və əfsanələri” adlı kitabı özündə saxlayırdı. Kitabxana işçisinin sözlərinə görə, Zoe Kornelius adlı  təqaüdçü qadın kitabı hələ uşaq olanda kitabxanadan götürübmüş və bu müddət ərzində onu geri qaytarmağı planlaşdırırmış. Kitabxana rəhbərliyi qadını bağışlayıb və gecikmiş kitaba görə 17 min dollar məbləğindəki cəriməni ona bağışlayıb. 


Selcan
Oxşar xəbərlər