Prezidentin yazdığı kitab qalmaqala səbəb oldu - VİDEO

  • 25 mart 2016, 23:11
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov yeni kitab yazıb.

"Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, ölkə başçısının "Çay-dərman və ilham mənbəyi” adlı yeni kitabı Novruz bayramı münasibətilə çapdan çıxıb.

Berdıməhəmmədov sözügedən kitabı Hökumət və Dövlət Təhlükəsizlik Şurasınn iclasında təqdim edib: "Türkmən xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram ərəfəsində iclasa öz kitabımla gəlmişəm”.

Bu, türkmən liderinin sayca 35-ci və ən çox səs-küyə səbəb olan kitabıdır. Belə ki, dünya mətbuatı həmin kitabın təqdimetmə mərasiminə tənqidi yanaşıb. "Çay-dərman və ilham mənbəyi” hətta İslamın müqəddəs kitabı hesab olunan "Qurani-Kərim”lə də müqayisə edilib. Məmurların kitaba "Quran” kimi münasibət göstərməyi, onu öpüb gözlərinin üstünə qoymağı cəmiyyətdə birmənalı qarşılanmayıb.