14 yaşlı oğlan cərimə çekləri ilə milyonçu oldu

  • 19 noy 2016, 18:35
İngiltərədə 14 yaşlı Harvey Millinqton yenilikçi fikri ilə milyonçu olub.

Axar.az xəbər verir ki, o, unutqan sürücülərə cərimə yazılmaması üçün vergini nə vaxt ödəməli olduğuna dair kağızdan çeklər hazırlayıb. İşinin birinci həftəsində təqribən 400 sifariş alan Harvey 1 il ərzində minlərlə çek sataraq özünə 100 min sterlinq məbləğində sərmayə toplayıb.

Bundan sonra 40 min sterlinqə təqribən 4 min kvadrat metrlik ərazi, 10 min sterlinqə isə işi zamanı istifadə etmək üçün avtomobil alıb. Lakin onun aldığı ərazi bir iş adamının sahibi olduğu sahənin ortasında yerləşdiyi üçün biznesmen bu ərazini ondan almaq istəyib. Qarşılığında isə 2 milyon sterlinq təklif edib:

"Şirkətlə görüşə getməzdən əvvəl mənə nə qədər təklif edəcəklərini bilmirdim. Razılaşmamaq çətin idi. Çünki çox böyük bir məbləğ idi”.

Uşağın atası Hovard Millinqton oğluna işə başlaması üçün 2 min sterlinq sərmayə verib. O, oğlunun böyük iş adamı olduğunu deyərək övladı ilə öyünüb.

Qeyd edək ki, Harvey Millinqton bu vaxta qədər biri 4 sterlinqdən olmaqla 20 min vergi xatırlatma çeki satıb. Uşağın uğuru mediada və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər