Demokratik TV
Xəbər lenti
Azərbaycanda tükürpədici hadisə
- 12 fev 2016, 19:19
Fevralın 11-dən 12-nə keçən gecə Bakıda küçədən azyaşlı uşaq tapılıb.

"Ötən gecə Bakının Xətai rayonunda vətəndaşlar tərəfindən küçədə ağlaya-ağlaya dolaşan azyaşlı oğlan uşağı tapılıb. Uşaq 37-ci Polis Bölməsinə təhvil verilib. Aparılan araşdırmalar zamanı uşağın 2 yaşlı Məmmədov Yusif olduğu məlum olub. Polisin gördüyü operativ tədbirlər nəticəsində uşağın anası da tapılıb. Məlum olub ki, bu, 1981-ci ildə Qazax rayonunda anadan olmuş, hazırda Şəki şəhərində qeydiyyatda olan, hazırda Bakıda həmin ərazidə yataqxanada yaşayan Məmmədova İlhamə Tofiq qızıdır. Uşaq anasına təhvil verilib".
Lakin şöbə rəisinin sözlərinə görə, araşdırma zamanı maraqlı faktlar ortaya çıxıb: "Araşdırma zamanı məlum olub ki, bufetçi işləyən İlhamə Məmmədovanın Yusifdən başqa daha bir oğlu var. Lakin İ.Məmmədova imkansız olduğundan 7 yaşlı böyük övladını internatda yerləşdirib. 2 yaşlı Yusifə gəlincə isə, atası ondan imtina etdiyinə görə sənədində uşağın atası yerinə babası Tofiqin adı yazılıb. Uşağına lazımınca baxa bilməyən qadın kiçik oğlunu imkanlı şəxslərə övladlığa vermək istəyib. Hətta onu övladlığa götürmək istəyənlər də tapılıblar. Lakin polis orqanları ona övladlığa götürmə məsələsində qanunvericiliyin tələblərinə əməl etməsini tövsiyə ediblər. Bundan sonra ötən gecə ana özü 2 yaşlı övladını küçəyə buraxıb ki, kimsə bir imkanlı şəxs onu tapıb övladlığa götürsün. Lakin Y.Məmmədov polislər tərəfindən anasına təhvil veriləndən sonra, görünür, analıq hissi yenidən baş qaldırdığından İlhamə Məmədova ərizə yazaraq artıq onu övladlığa vermək fikrindən daşındığını və bundan sonra oğlunun tərbiyəsi ilə özü məşğul olacağını bildirib".
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti