"QUDURĞANLIĞIN SƏLTƏNƏTİNDƏN"... EPİZOD

  • 24 apr 2020, 23:56
Ötən gün prezidentin ƏFV- i sayəsində həbsdən bayıra atılan MTN "ərəbzəngisi" - general Akif Çovdarovla yeyib-içən, bahalı məclis masalarında badə qaldırıb da lotuluq nümayiş etdirən dostlar bir sıra maddi-mənəvi həddi aşıblar.
- Sanki, Çovdarov və sevənləri bu şəkillə demək istəyirlər ki, "Akif baba"nın azadlığı onun bilinən bəd əməllərinə düz mütənasibdir.
- Net bir mesaj alırıq ki, MTN generalı sapovulçu kimi qamarladığı milyonlarla ömrünün sonunadək yağ-bal içində üzəcək. Bu hal elə bil acıq-qıcıqla alışıb yanan bahalı masada düzülən nemətlərlə özünü göstərmirmi?
İndiki həssas bir məqamda da yoxsulları, acı-kasıbı dərd etmədən tamarzı insanlara nazu-nemətlər göstərən bir generalın vicdanı, alicənablığı, vətəndaşlıq mövqeyi çoxdan ölmüşdür, deyilmi?
- "Mən varam, mən Akif Çovdarovam" hayqıran töhmətli general yenə kimə meydan oxuyur görəsən, cəmiyyətəmi, dövlətəmi?
Akif Çovdarovun bundan sonra haraya varacağını zaman keçdikcə biləcəyik. Amma, həm də karantin rejiminin pozulması halı ilə haqlı tənqidə uğrayan bu şəkildə bir acı reallıq da var.
Akif "baba"larının sağ-solunda əyləşənlər, məclisi-əzəməti şəkilləndirib ictimailəşdirənlər vəkil (hüquqşünas) Kamandar Nəsibov başda olmaqla, Çovdarovdan daha böyük təkəbbürə sahibdirlər. çünki onlar anlaqlı halda mövcud karantin rejimini pozmuşlar və "generalla birlikdə sevinirik" demənin dərdindədilər. 
Bu inzibati Xətalı, qeyri-əxlaqi pakazuxadı!!!
Osman Nərimanoğlu 
Demokratik.Az
Oxşar xəbərlər