Şəkidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

  • 24 fev 2021, 11:13
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 23-də Şəkidə ağacəkmə aksiyası təşkil olunub. Soyqırımın 29-cu ildönümü ilə
əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada şəhər rəhbərliyi, idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də gənc fəallar iştirak edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Demokratik.Az"-a verilən məlumata görə, aksiyada Şəki Şəhər Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak
edib. Polislər tərəfindən yeni əkilən tinglər suvarılaraq onlara aqrotexniki qulluq göstərilib. Ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
Aksiya zamanı Heydər Əliyev Mərkəzinin ərazisində və Şəki-Qax- Zaqatala avtomobil yolunun kənarında ümumilikdə 613 tuya və digər həmişəyaşıl ağaclar əkilib.
Oxşar xəbərlər