Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » DİN: Koronavirusla əlaqədar Şəkinin giriş-çıxışlarında postlar qurulub
DİN: Koronavirusla əlaqədar Şəkinin giriş-çıxışlarında postlar qurulub
- 14 okt 2020, 15:06
Şəkidə karantin rejimi ilə əlaqədar polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən gecə 00:00-dan etibarən Şəki şəhəri və rayonun Kiş kəndinin giriş-çıxışlarında postlar qurulub.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən həmin postlarda, eləcə də şəhər və Kiş kəndinin daxilində gücləndirilmiş rejimdə xidmət aparılır. Postlarda operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılıb. Bundan əlavə şəhərdaxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Qeyd edək ki, kafe, restoran və digər ictimai iaşə müəssisələri bu müddət ərzində axşam 21:00-dək fəaliyyət göstərəcəklər.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Vətəndaşlar qeydiyyatda olduğu yerlərə necə qayıdacaq?
Azərbaycanda bu gündən tətbiq olunan qadağaların siyahısı
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
Gəncədə 8 post qurulub
Vaqif Əsədov: “Postlar ləğv edilməmişdi ki, bərpa da oluna”
DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs tutuldu - Foto
SABAHDAN POLİS POSTLARI YIĞIŞDIRILIR - Rəsmi açıqlama
Hansı qadağalar qüvvədə qalır? – SİYAHI
Azərbaycanda "Pikap" tipli avtomobillər yığılır? - VİDEO
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti