Samvel Babayan da Paşinyanı xain adlandırdı

  • 13 noy 2020, 21:27
Dağlıq Qarabağdakı separatçı rejimin “təhlükəsizlik şurasının katibi”, “müdafiə ordusunun” keçmiş komandanı Samvel Babayan "Artsax qəhrəmanı" adından imtina edib.
Separatçıların nümayəndəsi bunu Qarabağa dair razılaşmaya etiraz olaraq edib. O, Ermənistan rəhbərliyini və Qarabağdakı separatçı rejimi xain adlandırıb.

“Xalqın razılığı olmadan bizi təslim etməyinizə kim icazə verdi?”- deyən Babayan Ermənistanın məğlubiyyətinə etiraz olaraq "qəhrəman" titulundan və “təhlükəsizlik şurasının katibi” vəzifəsindən imtina etdiyini açıqlayıb.
Oxşar xəbərlər