Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb

  • 13 avq 2019, 20:15

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Nikolay Patruşev və Nikol Paşinyan təhlükəsizlik, iqtisadiyyat, investisiya sahələrində Rusiya və Ermənistan arasında əməkdaşlıq məsələlərini, həmçinin beynəlxalq gündəmi müzakirə ediblər”, - deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Oxşar xəbərlər